Odlar Yurdu Universiteti Azərbaycanın paytaxtı Bakıda yerləşən, kəşf, yaradıcılıq və innovasiya məkanıdır.
Əziz abituriyentlər!
Ulu Öndər Heydər Əliyev demişdi: “Təhsil millətin gələcəyidir”.
Gənc nəsil millətimizin, xalqımızın, müstəqil Azərbaycanın gələcəyidir. Gələcəyi təmin etmək üçün ali təhsil almalısan. Ali təhsil - xoşbəxt gələcək. Ali təhsil - yüksək texniki xidmət. Yüksək təhsil-azad, müstəqil və xoşbəxt gələcəkdir. Yüksək təhsil-qüdrətli dövlətdir.
Bu gün siz öz seçiminizlə yüksək təhsili təmin edə bilərsiniz. Bilməlisiniz ki, bütün universitetlərin (dövlət və özəl) verdiyi bütün diplomlar eynidir və dövlət tərəfindən verilir. Lakin universitetlərdə təhsilin keyfiyyəti fərqlidir. Yüksək səviyyədə təhsil verən, şəxsiyyətinizi formalaşdıran və sabahın layiqli şəxsiyyətinə çevirən universiteti seçməyi tövsiyə edirəm. Ona görə də, universiteti seçərkən düşünün, universiteti tanıyın və sonra qərar verin. Səhv seçim gələcəyi itirmək deməkdir...
Odlar Yurdu Universiteti Azərbaycan Dövlət Ali Ekspert komissiyasının 10.11.1995-ci il tarixli müsbət rəyi əsasında və Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş yüksək səviyyəli təhsil imkanları və bacarıqlı müəllim heyəti ilə beynəlxalq səviyyədə fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyənin Yüksək Öğretim Kurumu (YÖK) və Almaniyanın H + qurumu tərəfindən akkreditasiya edilmiş Odlar Yurdu Universiteti YUNESKO nəzdində Dünya Universitetlər Assosiasiyasının (IAU) tam hüquqlu üzvüdür.
Odlar Yurdu Universitetində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində Avropa, Asiya və Afrikanın bir çox ölkələrindən gəlmiş tələbələr təhsil alırlar.
Odlar Yurdu Universiteti “Erasmus+” və “Mevlana” kimi beynəlxalq mübadilə proqramlarının üzvü olmaqla, tələbə və akademik heyətə Avropa qabaqcıl universitetlərində qısa müddətli təhsil və tədris imkanı verməklə yanaşı, akademik mübadiləyə şərait yaradır...
Missiyamız
Odlar Yurdu Universiteti öz başlıca məqsədini Azərbaycan cəmiyyətində və dünyada rəqabət apara bilən yüksək bilikli və bacarıqlı professional, milli və mənəvi dəyərlərimizə sadiq olan mütəxəssis və liderlərin hazırlanmasında görür. Bizim missiyamız 21-ci əsrin tələblərinə uyğun olaraq tələbələrimizi aşağıdakı bilik və bacarıqlara yiyələndirməkdir:
Öyrənmə bacarığı/ Learning skill
Savadlılıq bacarığı/ Literacy skill
Həyat bacarığı/ Life skill
Sosial bacarıq/ Social skill
Viziyonumuz
Odlar Yurdu Universitetinin vizyonu Azərbaycan Respublikasının Konstitusiyasına sadiq qalaraq...
Azərbaycan, İngilis ve Rus dillərində təhsil almaq imkanı
Beynəlxalq Akkreditasiyalar
Azərbaycanda yeganə özəl universitetdir ki, bütün ixtisasları Türkiyənin Ali Təhsil Təşkilatı (YÖK) tərəfindən tanınır
Diplomları Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO nəzdindəki Dünya Universitetler Assosiasiyası (İAU) tərəfindən tanınır
İkili diplom almaq imkanı (İsveçrənin Montro Biznes Ali məktəbi ilə)
Türkiyə, Kipr və digər ölkələrdə kreditlərin qarşılıqlı tanınması ilə təhsil almaq imkanı
OYU-da ikinci ixtisas üzrə təhsil almaq imkanı
Məzunların işlə təmin olunmasına dəstək
Strateji planın əhəmiyyəti
Universitetin strateji planı həm uzunmüddətli, həm də gündəlik institusional qərarlar üçün təlimatları və qaydaları əhatə edən sənəddir və həmçinin, qurumun fəaliyyətinin missiyası, vizyonunu və dəyərləri çərçivəsində həyata keçirməsinə əminliyi yaradır və təsdiqləyir.
Dövlət qurumları akkreditasiya orqanlarının mandatlarına və qaydalarına uyğun olaraq hazırlanıb əməl olunmalıdır. Strateji planın olması sizə hədəflərə doğru irəliləyişi izləməyə imkan verə bilər. Hər bir departament və komanda şirkətinizin daha böyük strategiyasını başa düşdükdə, onların tərəqqisi onun uğuruna birbaşa təsir göstərərək, əsas performans göstəricilərini (KPI) izləmək üçün yuxarıdan aşağıya yanaşma yarada bilər.
Strateji planlaşdırma ümumi baxış və paylaşılan prioritetlər verməklə təhsilin inkişafına istiqamət verir. Təhsilin planlaşdırılması həm uzaqgörən, həm də praqmatikdir, təhsilin gələcəyini müəyyənləşdirməkdə və məqsədlərinə çatmaq üçün resursları səfərbər etməkdə qurumun şəxsi heyətini cəlb edir.
Rektorumuzun ölkə prezidentləri, dövlət rəsmiləri və elm sahəsində tanınmış adamlar ilə görüşləri