Riyaziyyat və informatika

Riyaziyyat və informatika

1995-ci ildə (Odlar Yurdu Universiteti təsis olunandan) "Riyaziyyat, Fizika və İnformatika" kafedrası yaradılmışdır.
1995-2017-ci illərdə kafedraya fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdulkərim oğlu Vəliyev rəhbərlik etmişdir.
2017-2024-cü illərdə kafedraya  fizika-riyaziyyat elmləri namizədi, professor Mübariz Baləli oğlu Vəliyev rəhbərlik etmişdir.
2019-cu ildən kafedra iki hissəyə bölünərək "Riyaziyyat və informatika" və "İT mühənd isliyi və Texniki Fənlər" kafedraları olaraq fəaliyyətini davam etdirmişdir.

2022-ci ildən "Riyaziyyat və İnformatika" kafedrasının adı dəyişdirilərək "Riyaziyyat,informatika və statistika" adlandırılmışdır.

2024-cü ildən 2025-ci ilə qədər "Riyaziyyat,informatika və statistika" və "İT mühəndisliyi və texniki fənlər" kafedraları birləşərək. "Riyaziyyat və rəqəmsal texnologiyalar"  kafedrası adlandırılmış, kafedraya AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Telman oğlu Bilalov rəhbərlik etmişdir.

2026-ci ildə kafedra yenidən iki hissəyə bölünərək “Riyaziyyat və informatika” adlandırılmışdır. Kafedraya fizika-riyaziyyat elmləri namizədi, professor Mübariz Baləli oğlu Vəliyev rəhbərlik edir.

Kafedrada ümumi 19 əməkdaş fəaliyyət göstərir.Onlardan 2 nəfər professor,5 nəfər dosent, 2 nəfər fəlsəfə doktoru,1 nəfər baş müəllim,9 nəfər müəllim kimi fəaliyyət göstərir.Kafedrada  5  nəfər saathesabı müəllim fəaliyyət göstərir. Kafedranın əməkdaşları tərəfindən 1 dərslik ,12 dərs vəsaiti nəşr edilmişdir.Əməkdaşlar tərəfindən yazılmış 88 məqalə çap olunmuşdur,onlardan 25-i Web of Science və Scoups indeksli jurnallarda nəşr edilmişdir. Elm və Təhsil nazirliyi tərəfindən qrif almış proqramların sayı 48-dir  Kafedranın əməkdaşlarının bir neçəsi Bakı Dövlət universiteti  və AMEA-nın Riyaziyyat inistutunun əməkdaşları ilə birgə elmi-tətqiqat işləri ilə məşğuldular.

Riyaziyyatın ənənəvi istiqamətlərindən (nüvə fizikası, riyazi fizika və mexanikanın saysız tənlikləri, iqtisadiyyat, kimya, biologiya, geologiya, astronomiya, ekologiya və s.) fərqli tətbiq sahələrinin əhəmiyyətli dərəcədə artması, bu prosesin kəsilməz davam etməsinə səbəb olmuşdur. Kafedranın məqsədi, riyaziyyatın tətbiq sahələrinə yönəlmiş və tələbələrin peşəkar bilik və bacarıqlarını müasir tədris metodlarından istifadə edərək inkişaf etdirməkdir.

 

Akademik heyət

  • Vəliyev Mübariz — Kafedra müdiri, prof., f.r.e.n.
  • Hüseynov Eldar — Kafedra müdir müavini, prof., i.e.n.
  • Eyyubov Ramazan — Dos., f.r.e.n.
  • Məmmədov Mənsim — Dos., f.r.e.n.
  • Səmədzadə Fərahim — Dos., p.ü.f.d.
  • Əliyeva Xoşbəxt — Dos., f.r.e.n.
  • Cəbrayılov İlham — Baş müəllim
  • İbrahimova Sevda — Baş müəllim
  • Süleymanov Nicat — Müəllim
  • Süleymanova Nərgiz — Müəllim
  • Ədilova Nazəni — Müəllim
  • Novruzova Mehriban — Müəllim
  • Məmmədov Tural — Müəllim
  • Əşirova Həqiqət — Müəllim
  • Feyzullayev İlkin — Müəllim
  • Qarayeva Aygün — r.ü.f.d.
  • Əliyeva Cəmilə — k.ü.f.d.