Missiya, Vizyon, Dəyərlər və Məqsədlər

Missiya, Vizyon, Dəyərlər və Məqsədlər

Missiya, Vizyon, Dəyərlər və Məqsədlər

Odlar Yurdu Universiteti, müasir dövrün tələblərinə cavab verən bir təhsil mühiti yaratmağı və yüksək keyfiyyətli təhsil xidmətləri təqdim etməyi məqsəd qoyur. Universitetimiz, tələbələrə geniş biliklər və praktiki bacarıqlar qazandıraraq, onların gələcəkdəki müvəffəqiyyətini təmin etməyə yönəlmişdir. Bizim məqsədimiz, bilik və innovasiya sahəsində liderlik etmək və cəmiyyətə mühüm töhfələr verməkdir.

Missiyamız

Odlar Yurdu Universiteti öz başlıca məqsədini Azərbaycan cəmiyyətində və beynəlxalq mühitdə rəqabət apara bilən, yüksək bilikli və bacarıqlı, milli və mənəvi dəyərlərimizə sadiq mütəxəssis və liderlərin hazırlanmasında görür.
Bizim missiyamız tələbələri aşağıdakı bilik və bacarıqlarla təmin etməkdir:

Öyrənmə bacarığı (Learning skill)

Savadlılıq bacarığı (Literacy skill)

Həyat bacarığı (Life skill)

Sosial bacarıq (Social skill)

Vizyonumuz

Odlar Yurdu Universitetinin vizyonu, Azərbaycan Respublikasının Konstitusiyasına sadiq qalmaqla, Azərbaycan Təhsil Sisteminin məqsəd, tələbləri və prinsiplərinə uyğun, ali təhsildə beynəlxalq dəyərlərə cavab verən milli ali təhsil müəssisəsi olmaqdır.

Odlar Yurdu Universitetinin əsas dəyərləri:

  • Yaradıcılıq

  • Yenilikçilik

  • Elmi məhsuldarlıq

  • Əməkdaşlıq

  • Səmərəlilik

  • Milli və mənəvi dəyərlərə bağlılıq

  • Etik dəyərlərə sadiqlik

  • Sosial problemlərə həssaslıq

  • Şəffaflıq və hesabatlılıq

SİP üzrə Prioritet İstiqamətlər:

Keyfiyyətli təhsil mühitinin təkmilləşdirilməsi

Tələbələrdə kreativliyə və yaradıcılığa marağın artırılması

Universitetin analitik qiymətləndirmə mexanizmlərinin mütəmadi inkişaf etdirilməsi

Məzunlarla əlaqələrin gücləndirilməsi

Elmi-tədqiqat sahəsinin effektiv və dayanıqlı inkişaf etdirilməsi

Universitetin beynəlxalq tanınması istiqamətində fəaliyyətlərin davamlılığının təmin edilməsi

Gələcəyə Baxış

Növbəti illərdə Odlar Yurdu Universitetinin əsas məqsədi — təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr və daxili keyfiyyət təminatı sahələrində davamlı təkmilləşdirmə aparmaqla, əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar yetişdirmək, elmi innovasiyaları təşviq etmək və cəmiyyətin sosial-iqtisadi inkişafına töhfə verən qabaqcıl təhsil və araşdırma mərkəzinə çevrilməkdir. Bu yanaşma universitetin Strateji İnkişaf Planında müəyyən olunmuş hədəflərin reallaşdırılmasına xidmət edir.