Odlar Yurdu Universitetində dosent və professor vəzifələrinə yüksəlmək və təyinat üçün minimum şərtlər
Dosent vəzifəsinə yüksəlmək və təyinat üçün:
İddiaçının ən azı 3 il elmi-pedaqoji iş stajı olmalıdır və PhD dissertasiyasını müdafiə etdikdən sonra Odlar Yurdu Universitetində ən azı 1 il elmi-pedaqoji fəaliyyəti tələb olunur.
Şərtlər üçün Odlar Yurdu Universitetinin APQİ (Akademik Performansın Qiymətləndirilməsi İndikatorları) meyarları əsas götürülür. (Bax: OYU APQİ sənədi)
| Şərtlər | Bal (minimum) |
|---|---|
| PhD dissertasiyasını müdafiə etdikdən sonra 3.1, 3.2, 3.3 və ya 3.4-dən minimum bal | 20 |
| 2.3-dən minimum bal | 10 |
| 3.5 və ya 3.6-dan minimum bal | 10 |
| Cəmi | 40 |
Professor vəzifəsinə yüksəlmək və təyinat üçün:
İddiaçının ən azı 5 il elmi-pedaqoji iş stajı olmalıdır və AAK tərəfindən dosentlik dərəcəsi alındıqdan sonra Odlar Yurdu Universitetində ən azı 1 il elmi-pedaqoji fəaliyyəti tələb olunur.
Şərtlər üçün Odlar Yurdu Universitetinin APQİ (Akademik Performansın Qiymətləndirilməsi İndikatorları) meyarları əsas götürülür. (Bax: OYU APQİ sənədi)
| Şərtlər | Bal (minimum) |
|---|---|
| AAK tərəfindən dosentlik dərəcəsi alındıqdan sonra 3.1, 3.2, 3.3 və ya 3.4-dən minimum bal | 20 |
| 2.3-dən minimum bal | 20 |
| 3.5 və ya 3.6-dan minimum bal | 20 |
| Cəmi | 60 |
Çoxmüəllifli nəşrlərdə balların hesablanması:
| Müəllif sayı | 1 | 2 | 3 | 4 | 5 | 5+ |
|---|---|---|---|---|---|---|
| Tələb olunan minimal bal (20 bal üçün) | 20 | 14 (20 x 0,7) | 10 (20 x 0,5) | 6 (20 x 0,3) | 4 (20 x 0,2) | 2 (20 x 0,1) |
| Tələb olunan minimal bal (10 bal üçün) | 10 | 7 (10 x 0,7) | 5 (10 x 0,5) | 3 (10 x 0,3) | 2 (10 x 0,2) | 1 (10 x 0,1) |
Əlavə məlumat:
Tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları):
Bax: https://aak.gov.az/documents/34
Azərbaycan Respublikasında məqalələrin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər:
Bax: https://aak.gov.az/documents/35