Odlar Yurdu Üniversitesi'nde üstün başarı gösteren öğrencilerle toplantı yapıldı

15 , 2023

Odlar Yurdu Üniversitesi'nde üstün başarı gösteren öğrencilerle toplantı yapıldı

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev imtahan sessiyalarında yüksək nəticə əldə etmiş tələbələrlə görüş keçirmişdir.
Görüşdə OYU-nun prorektorları, Birləşmiş fakültələr departamentinin rəhbəri, department, şöbə və kafedra müdirləri, həmçinin tələbələr iştirak etmişdirlər.
OYU-nun rektoru, professor Əhməd Vəliyev semestri uğurla başa vuran əlaçı tələbələri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır və qeyd etmişdir ki, universitet tərəfindən tələbələrin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılmışdır.
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının universitetin fəaliyyət planında öz əksini tapdığını xüsusi qeyd olunmuşdur və bildirilmişdir ki, bakalavriat səviyyəsində ən yükşək qiymətlərlə oxuyan, həmçinin ölkənin ictimai-siyasi həyatında fərqlənən tələbələr üçün Heydər Əliyev adına təqaüd təsis olunmuşdur.
Sonra OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov 2022-2023-cü ilin ixtisasları üzrə ortalama 90+ təşkil edən tələbələrin sayı 355 nəfər olduğunu qeyd etmişdir. Daha sonra intellekt qruplarının yaradılması haqqında tələbələrə məlumat verilmişdir.
Prorektor bildirmişdir ki, cənab rektorun göstərişi ilə ixtisaslar üzrə yüksək nəticə ilə fərqlənən tələbələrdən ibarət olan xüsusi intellekt qrupu yaradılacaq və bu qrupda onlar üçün əlavə təlimlər təşkil olunacaqdır. Burada məqsəd ixtisas üzrə daha peşəkar kadr hazırlığıdır və bu Odlar Yurdu Universitetinin xüsusi diqqətinin bir nəticəsi olduğunu qeyd olunmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, OYU-nun bakalavr tələbələri magistraturaya qəbul imtahanında yüksək nəticələr göstərmiş, və seçimləri Odlar Yurdu Universiteti olduğunu bildirilmişdir.
OYU-nun Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev yüksək nəticə əldə etmiş tələbələrin elmi Işlərə daha çox cəlb olunması və hər ixtisasdan Tələbə Elmi Cəmiyyəti (TEC) vasitəsi ilə onların konfranslarda iştirakını təmin edilməsi haqqında tələbələri məlumatlandırmışdır.
OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov xarici universitetlərinin Odlar Yurdu Universiteti ilə çalışmaq istəyini bildirmişdir. Prorektor qeyd etmişdir ki, burada məqsəd OYU-nun müəllim və tələbələrinin beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə bir semestr və ya daha artıq Avropa və Şərq ölkələrində təhsilalma imkanlarına yiyələnməsidir.
Daha sonra İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov xarici şirkətlərlərin OYU ilə əməkdaşlığına böyük önəm verdiyini bildirmişdir. Professor qeyd etmişdir ki, konsaltinq şirkətlərinin rəhbərləri tərəfindən OYU-da tələbələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda OYU-nun rektoru, professor Əhməd Vəliyev tələbələrə təhsildə və işlərində müvəffəqiyyətlər, ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.