OYU Akademik ve İdari Personelinin Ödül Töreni TKTA Tarafından Gerçekleştirildi

16 , 2023

OYU Akademik ve İdari Personelinin Ödül Töreni TKTA Tarafından Gerçekleştirildi

Odlar Yurdu Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş təlimdə iştirak edən akademik və inzibati heyətinə sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov OYU-da keyfiyyət təminatı istiqamətində görülmüş işlərə dair məlumat vermişdir. Belə bir təlimin keçirilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təşəkkürünü bildirmişdir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov Agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat vermişdir. O, Agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd etmişdir.
Sonda təlimdə iştirak etmiş Odlar Yurdu Universitetinin akademik və inzibati heyəti TKTA tərəfindən sertifikatla təltif olunmuşdular.