OYÜ öğrencisi Tarım Bakanlığı'nın düzenlediği Tarımsal Yenilik Festivali'ne katıldı

27 Mart, 2023

OYÜ öğrencisi Tarım Bakanlığı'nın düzenlediği Tarımsal Yenilik Festivali'ne katıldı

Odlar Yurdu Universitetinin ekologiya ixtisasının tələbəsi Xəyal İbrahimxəlilzadə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalında iştirak etmişdir.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət iştirak etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə mütəmadi olaraq təşkil edilən bu festivalların əsas məqsədi innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətini həyata keçirməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin olunması və aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsidır.