Görüşdə Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dosent Aynurə Qurbanova və Odlar Yurdu Universitetinin tələbələri iştirak etmişlər.
Görüşdə universitetimizin tələbələri üçün əlavə ixtisas yönümlü dərslərin keçirilməsi, ayrı-ayrı ixtisaslar üzrə ekspertlərin dəvət olunması və imtahan nəticələrinə görə qrupların bölünməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, İNTELLEKT qrupları Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.