Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin bədii yaradıcılıq müsabiqə festivalının seçim turu keçirilmişdir.
Müsabiqə-festivalının seçim turunda Odlar Yurdu Universitetinin və digər universitetilərin əyani təhsil alan tələbələrdən ibarət solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) və rəqqaslar iştirak etmişdir.
Qeyd edək ki, Odlar Yurdu Universitetində keçirilmiş tədbirin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsində dəstək verməkdir.