Əziz həmvətənlər!
Sizi və və bütün dünya azərbaycanlılarını bu müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Bir daha hamınıza bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, səadət, süfrələrinizə xeyir-bərəkət və bol ruzi arzulayıram. Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Bayramınız mübarək olsun!
Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru