Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələrinə Ramazan Bayramı münasibətilə təbrik məktubu

09 Aprel, 2024

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələrinə Ramazan Bayramı münasibətilə təbrik məktubu

Hörmətli Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və əziz tələbələri,

Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, bu mübarək bayramın sizə bol ruzi, xoşbəxtlik və firavanlıq gətirməsini arzulayıram. Ramazan ayı bizə mərhəmət, səbir və qarşılıqlı dəstək olmağın vacibliyini öyrədərək, mənəvi dəyərlərimizi daha da möhkəmləndirir.

Bu müqəddəs gündə, diləyirik ki, Ramazan bayramının ruhu daim qəlbinizdə yaşasın, həyatınıza bolluq, rifah və sevgi gətirsin. Qoy dualarınız qəbul olsun, hər bir anınız xeyirxahlıq və gözəlliklə dolsun!

Odlar Yurdu ailəsi olaraq, birlik və həmrəylik içində daha böyük uğurlar əldə etməyi, elm və bilik yolunda daim irəliləməyi diləyirik. Bayramınız mübarək olsun!

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə isə cansağlığı diləyirəm.

Bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, səadət, süfrələrinizə bərəkət və bol ruzi arzulayıram. Allah tutduğunuz orucu, dualarınızı və niyyətlərinizi qəbul etsin!

Ramazan Bayramınız mübarək olsun!

Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru