İqtisadiyyat və idarəetmə fakültəsinin əsas məqsədi müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini artırmaq və idarəetmə mexanizmini təkmilləşdirməkdir.
Fakültə öz fəaliyyətini universitetin tədris şöbəsi, həmçinin fakültəyə tabe olan iki kafedra – İqtisadiyyat və iqtisadi münasibətlər və beynəlxalq münasibətlər və turizm ilə əlaqəli şəkildə həyata keçirir. Fakültə ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunlar, universitetin müvafiq nizamnaməsi, elmi şuranın qərarları, rektorun əmrləri və sərəncamlarına əsaslanaraq professor-müəllim heyəti və tələbələrlə əlaqəli şəkildə fəaliyyətini təşkil edir.
Tələbələrlə iş zamanı tədris planlarına uyğun olaraq praktik, seminar və digər dərslərin müasir təhsil sisteminin tələblərinə cavab verən yüksək elmi-nəzəri səviyyədə aparılması təmin edilir. Kafedralarda tədris edilən fənlər üzrə proqramlar, dərsliklər və dərs vəsaitləri hazırlanır, kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planları təşkil edilir. Tələbələrə elmi-nəzəri və praktiki biliklərin verilməsi məqsədilə müasir metodikalar tətbiq edilir.
Fakültənin başlıca vəzifələri arasında kadr potensialını artırmaq, tələbələrlə iş prinsiplərini daha obyektiv və innovativ etmək mövcuddur. Kafedra müdirləri və təcrübəli müəllimlər müntəzəm olaraq dərslərdə iştirak edir, müəllimlərə lazımi məsləhətlər verir və elmi-metodik dəstək göstərirlər. Tədrisin yüksək səviyyədə aparılması və müasir dövrün tələblərinə uyğun mütəxəssislərin hazırlanması fakültənin fəaliyyətinin əsas prioritetidir.
Hazırda fakültənin fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi universitet rəhbərliyinin nəzarəti altında həyata keçirilir.