Filologiya və humanitar fənlər

Filologiya və humanitar fənlər

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənnlər ölkəmizin əmək bazarı üçün bakalavriat pilləsi üzrə 1, magistratura pilləsində 1 (1 ixtisaslaşma), ixtisas üzrə yüksək, peşəkar səviyyəli mütəxəssislər hazırlamaqdadır. Kafedra üzrə mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat təhsil pilləsi üzrə

  1. Azərbaycan dili və ədəbiyyat

 

Magistratura təhsil pilləsi üzrə

İxtisas İxtisaslaşma
Filologiya Azərbaycan ədəbiyyatı

 

Filologiya və humanitar fənlər kafedrasının 18 nəfər əməkdaşı var. Kafedrada 1 nəfər akademik, 1 nəfər professor, 7 nəfər fəlsəfə doktoru, 1 nəfər baş müəllim, 8 nəfər müəllim fəaliyyət göstərir.

Kafedramızın əməkdaşları Azərbaycan filologiyasının bu və digər sahələri üzrə  tanınmış mütəxəssislərdir. Akademik Nizami Cəfərov, professor Rüstəm Kamal və digər müəllimlərimiz həm Respublika, həm də beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmiş və universitetimizi şərəflə təmsil etmişlər. Kafedramızıın təşəbbüsü ilə Universitetimizdə də bir çox elmi konfrans və simpoziumlar keçirilmişdir. Elmi tədbirlərdə tələbələrimiz də həvəslə çıxış edirlər. Kafedrada tələbə elmi cəmiyyətinin işi daimi olaraq diqqət mərkəzində olur, tələbələrlə vaxtaşırı seminarlar keçirilir. Şair və yazıçılarımızın yubileyləri keçirilir, ədəbi əsərlərin müzakirəsi  təşkil edilir. Magistratura pilləsi üzrə dərslər xüsusi proqramlar əsasında keçirilir. Kafedramızın nəzdində Dil, Folklor və Dialektologiya İnstitutu fəaliyyət göstərir. Tələbələrimiz elmi-mədəni müəssisələrdə təcrübə keçirlər ki, bu da kadr hazırlığının mühüm mərhələsini təşkil edir.

Filologiya və humanitar fənlər kafedrasının professor-müəllim heyəti

Akademik Nizami Qulu oğlu Cəfərov - Kafedranın müdiri
Dosent Osman Ənvər oğlu Musayev - Kafedranın müdir müavini
Professor Rüstəm Kamal oğlu Rəsulov
F.ü.f.d., dosent Şahnabat Həmzə qızı Cəlilova
F.ü.f.d., dosent Gülçin Məhəd qızı Sofiyeva
F.ü.f.d. Sevinc Baris qızı Qənbərova
F.ü.f.d. Nizami Şamil oğlu Adışirinov
P.ü.f.d. Səminə Sabir qızı Abdullayeva
T.ü.f.d. Leyli Əli qızı Həmidova
F.ü.f.d. Nuridə Zabit qızı Muxtarzadə
F.ü.f.d. Mehriban Oqtay qızı Mövlamova
Həcər Qənbər qızı Əhmədova - Baş müəllim
Könül Aydın qızı Hüseynova - Baş müəllim
Günay Sahib qızı Əmirli - Müəllim
Könül İsrafil qızı Salmanova - Müəllim
Rəvanə İsmayıl qızı Məmmədova - Müəllim
Fidan Faiq qızı Əlizadə - Müəllim
Ziyafət Məhəmməd qızı Həsənova - Müəllim