OYU-nun rektoru, professor Əhməd Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 , 2023

OYU-nun rektoru, professor Əhməd Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində xanımların misilsiz xidmətləri vardır.
Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, hərtərəfli fəaliyyətlərinə və inkişafına geniş imkan yaratmış, lider qadınlar yetişdirmişdir. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi Azərbaycan qadınının cəmiyyətdə yerini və nüfuzunu daha da artırmışdır.
Torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.
Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Bir daha bayramınız mübarək əziz xanımlar!

Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru