OYU profesörü "Uluslararası uygulamada akreditasyon ve akreditasyon süreçlerinde uzmanların rolü" eğitimine katıldı

09 , 2023

OYU profesörü "Uluslararası uygulamada akreditasyon ve akreditasyon süreçlerinde uzmanların rolü" eğitimine katıldı

Odlar Yurdu Universitetinin Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, professor Eldar Hüseynov Azərbaycan Texniki Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunmuş “Beynəlxalq təcrübədə akkreditasiya və ekspertlərin akkreditasiya proseslərində rolu” adlı təlimdə iştirak etmişdir.
Qeyd olunan təlimə Azərbaycan universitetlərinin Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentlərinin rəhbərləri qatılmışdılar.
Təlimdə qonaqlara “Accreditation in HE: Roots”, “Accreditation in the EHEA: Key Features”, “What is an Expert?”, “What is an Expert-based evaluation?”, “Experts in Practice”, “Experts in Interview Sessions”, “Experts and the Accreditation Report” kimi mövzularını əhatə etmiş və qonağları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.