OYU'da "Modern psikolojinin gelişim beklentileri" konulu bilimsel-pratik konferans düzenlendi

02 Ekim, 2023

OYU'da "Modern psikolojinin gelişim beklentileri" konulu bilimsel-pratik konferans düzenlendi
Odlar Yurdu Unversitetində Psixoloji Diaqnostika İnstitutunun, Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının və Tələbə Elmi Cəmiyyətinin nəzdində olan Psixologiya klubunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir psixologiyanın inkişaf perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev tədbiri açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və elmi-praktiki konfrans haqqında ümumi məlumat vermişdir. Prorektor konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Daha sonra konfransda iştirak edən universitetimizin professor-müəlllim heyətinin, tələbələrin və dəvət olunmuş qonaqların məruzələri dinlənilimişdir.
Məruzələr əsasən: " Müasir psixologiya və gerçəklik terapiyası", " Koqnitiv terapiya: perspektivlər və problemlər", " Depressiyanın gerçəklik terapiyası", " Müasir psixoloji məktəblər", “Müasir psixologiya və Psixoanaliz” və bu kimi mövzulardan ibarət idi.
Çıxışlardan sonra, konfrans iştirakçıları mövzular ətrafında məruzəçilərə bir sıra suallar ünvanlamışlar. Mövzuların aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzular və çıxışlar konfrans iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak etmişlər.