OYU-da “4-cü sənaye inqilabi və iqtisadiyyatın rəqəmsallaşdırılması” adlı beynəlxalq elmi konfrans keçirilmişdir

18 May, 2023

OYU-da “4-cü sənaye inqilabi və iqtisadiyyatın rəqəmsallaşdırılması” adlı beynəlxalq elmi konfrans keçirilmişdir
Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “4-cü sənaye inqilabi və iqtisadiyyatın rəqəmsallaşdırılması” adlı beynəlxalq elmi konfransın plenar iclasının açılış mərasimi keçirilmişdir.
Konfrans iştirakçıları öncə müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin Odlar Yurdu Universitetinin foyesində qoyulmuş büstünü ziyarət etmiş, tər çiçək dəstələri qoymuşlar.
Konfransın əvvəlində Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İlk öncə, tədbiri OYU-nun Müşahidə Şurasının sədri, h.e.d., prof. Samir Vəliyev açaraq, konfrans iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə etmiş və konfrans haqqında ümumi məlumat vermişdir.
Sonra universitetimizin professor-müəllim heyətinin iqtisadi mövzular haqqında ətraflı çıxışları baş tutmuşdur.
Tədbir zamanı OYU-nun Müşahidə Şurasının sədri, h.e.d., prof. Samir Vəliyev dr. Mustafa Latif Emekin universitetimizlə sıx əlaqələri olduğunu, ona universitetin fəxri doktoru adının Elmi şurasının qərarı ilə verildiyini söyləmişdir. Sonra prof. Samir Vəliyev OYU-nun fəxri doktoru diplomunu qonağa təntəli şəkildə təqdim etmişdir.
Konfransda iştirak edən İKSAD institutunun rəhbəri tədbirin keçirilməsində öz dəstəyinə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirmiş və fəxri doktoru adı verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyən dr. Mustafa Latif Emek bu adın “bir millət, iki dövlət” devizi ilə yaşayan xalqlarımız arasında dostluq və əməkdaşlığın rəmzi olacağını xüsusi vurğulamışdır.
Daha sonra, konfrans proqramına yerli və xarici alimlər, həmçinin, məruzəçilər tərəfindən göndərilən məqalələr və tezislər Azərbaycan, türk və ingilis dilləri üzrə bölmələrdə məruzələr dinlənilmişdir.
Qeyd edək ki, “4-cü sənaye inqilabi və iqtisadiyyatın rəqəmsallaşdırılması” adlı beynəlxalq elmi konfransda ümumilikdə 20-dən çox ölkənin tədqiqatçıları iştirak etmişlər.