OYU-da Afaq Məsudun “Sərçələr” povestinin müzakirəsi keçirilmişdir

24 Aprel, 2024

OYU-da Afaq Məsudun “Sərçələr” povestinin müzakirəsi keçirilmişdir
OYU-nun Humanitar, təhsil və dillər fakültəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə universitetimizin oxu zalında Afaq Məsudun “Sərçələr” povestinin dəyirmi masa ətrafında müzakirəsi keçirilmişdir.
Qeyd edək ki, Afaq Məsudun özünəməxsus süjеt quruсuluğu, bədii mətnlərinin əsasını təşkil еdən üslubi рaramеtrləri, süjеt хəttindəki məqаmlаr, hekayələrində hadisələrə yanaşma tərzi öz oxucusunu çox təsirləndirir.
Müzakirə zamanı Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsinin dekanı Nuridə Muxtarzadə məsələlərə ekzistensial yanaşaraq ədəbi qəhrəmanların azad-demokratik mühitlə üz-üzə durması, fərdin özü və ətrafı ilə daxili mübarizədə özünü təsdiqi kimi amilləri qabartmışdır.
Povestdə tələbələrin diqqətini çəkən ana obrazının fərqli yöndən təhlili, insan və cəmiyyət zidiyyətlərinin qabardılması əsas müzakirə obyekti olmuşdur. Həmçinin, Odlar Yurdu Universitetinin Psixoloji Diaqnostika İnstitutunun Təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladovun da obrazların daxili aləminə enərək onları başqa bir rakursdan təhlil etməsi xüsusi diqqət çəkmişdir.
Tədbir maraqlı və düşündürücü debat formatında davam etmişdir.