OYU-nun professor-müəllim heyəti “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” tədbirində

24 Aprel, 2024

OYU-nun professor-müəllim heyəti “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” tədbirində
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva və kafedranın baş müəllimi Elxan Əliyev "JW Marriott Absheron"da keçirilən turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə iştirak etmişlər.
Qeyd olunan görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak etmişdir.
Görüşdə "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr", "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzularında panel diskussiyalar, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" və təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzularında dəyirmi masa keçirilmişdir.