OYU-da Humanitar, təhsil və dillər fakültəsinin tələbələri üçün açıq dərs keçirilmişdir

24 Aprel, 2024

OYU-da Humanitar, təhsil və dillər fakültəsinin tələbələri üçün açıq dərs keçirilmişdir
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi Könül Hüseynovanın təşkilatçılığı ilə "Azərbaycan dramaturgiyası” fənnindən tələbələrimiz üçün açıq dərs keçirilmişdir.
Könül Hüseynova açıq dərsdə yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin və Azərbaycan ictimai fikir tarixində özünəməxsus yer tutan görkəmli şəxsiyyətlərdən biri, dahi bəstəkar, milli operamızın banisi, istedadlı yazıçı, jurnalist, görkəmli pedaqoq, uşaqlar üçün dərslik müəllifi, musiqi məktəbinin və konservatoriyanın təşkilatçısı Üzeyir Hacıbəyovun dramaturgiyasının sənətkarlıq xüsusiyyətlərindən danışmışdır.
Daha sonra Humanitar, təhsil və dillər fakültəsinin tələbələrinin ifasında hər iki sənətkarın pyeslərindən nümunələr göstərilmişdir.