OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir

02 May, 2024

OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsinin dekanı fil.f.d. Nuridə Muxtarzadənin sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda, gündəlikdə olan məsələlərə əsasən, fakültə tələbələrinin ictimai fəaliyyəti və dərsə davamiyyət göstəriciləri, fakültə üzrə elmi konfransların, elmi-metodik seminarların, TEC konfranslarının keçirilməsi və s. kimi məsələlər müzakirə olunmuşdur.
Kafedraların beynəlxalq əlaqələrinin təhlili və yaxşılaşması problemləri, tələbələrin konfrans və simpoziumlarda iştirakları üçün kafedra müəllimlərinin dəstəyi, kafedralarda elmi istiqamətlərin təsdiq edilməsi barədə Filologiya və Humanitar fənlər kafedrasının müdiri prof. Rüstəm Kamal, kafedralar üzrə tələbə elmi cəmiyyətinin birgə layihəsi ilə konfranslarının keçirilməsi vəziyyəti, tədris və təcrübənin keyfiyyətinin yüksəldilməsi, aralıq imtahanlarının keçirilməsi ilə bağlı isə Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri prof. Rəşid Cabbarov ətraflı məlumat vermişlər.
Həmçinin, OYU-nun təşkilatçılığı ilə keçirilən və ”Scopus”da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq elmi konfransın nəticələri ilə bağlı məsələlər barədə Dillər kafedrasının müdiri dos. Səadət Abdurəhmanova məlumat verilmişdir. Bundan əlavə, cari məsələlərlə bağlı professor-müəllim heyətinin nümayəndələri də müzakirələrə qoşulmuşlar. İclas gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilərək sonlandırılmışdır.