Odlar Yurdu Universitetində Humanitar, təhsil və dillər fakültəsi, Filologiya və humanitar fənlər kafedrasının təşəbbüs və təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən dərnək tələbələri üçün “Gənc tədqiqatçı” layihəsi üzrə fil.f.d. Mehriban Mövlamovanın moderatorluğu altında “Elmi stilistika” adlı praktik təlim keçirilmişdir. Təlimdə Pedaqoji, humanitar və dillər fakültəsinin dekanı fil.f.f. Nuridə Muxtarzadə və TEC-in sədri Türkan Azəri çıxış edərək “Gənc tədqiqatçı” layihəsinin perspektivləri haqqında təlim iştirakçılarına məlumat vermişlər. Təlimin moderatoru Filologiya və humanitar fənlər kafedrasının müəllimi fil.f.d. Mehriban Mövlamova tərəfindən filoloji elm sahələri üzrə üslub seçimi, məqalə sərlövhəsinin seçilməsi və onun elmi işin ərsəyə gəlməsindəi önəmi, tədqiqatın növləri, elmi işin mərhələləri və strukturu haqqında ətraflı izahlar verilmişdir. Təlimin praktik iş mərhələsində təlimdə iştirak edən tələbələrə elmi üslubda istifadə edilən qəlib ifadələr təqdim olunaraq, müəyyənləşdirilmiş elmi iş (məqalə) nümunəsi üzərində təcrübi bacarıqların inkişaf etdirilməsi üçün tapşırıqlar paylanmışdır. Təcrübi iş təlimçi tərəfindən yoxlanılaraq həmin işlərin məziyyət və çatışmazlıqları ilə bağlı tələbələrə individual tövsiyyələrin verilməsi ilə yekunlaşmışdır.