OYU tələbələri Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda

04 Aprel, 2024

OYU tələbələri Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda

Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müdir müavini, a.e.ü.f.d., dos. Tamilla Kərimova, müəllimi Münəvvər Səfərova və Təbiət və texnologiya fakültəsinin 2-ci kurs tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olmuşlar.
Tələbələr institutun laboratoriyalarında baxış keçirmiş, üzümdən şərab məhsullarının alınması biotexnologiyası, yağın əldə edilməsi prosesləri, şərab istehsalı avadanlıqlarının iş prinsipi ilə tanış olmuşlar. Sonra tələbələrimiz məhsulun fiziki-kimyəvi keyfiyyət göstəricilərinin təyini prosesini izləmişlər.