OYU - loader

“Müəllimlərin diaqnostik qiymətləndirilməsi” imtahanı keçirilmişdir

Odlar Yurdu Universitetinin müəllimləri üçün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, onların həftəlik dərs yükü  normasının optimallaşdırılması,  aylıq  vəzifə maaşlarının  artırılması  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi məqsədilə tədris planlarında nəzərdə tutulan fənlər üzrə 50 sualdan ibarət “Müəllimlərin diaqnostik qiymətləndirilməsi” imtahanı təşkil edilmiş, test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılmışdır. İmtahan obyektiv və şəffaf şəkildə həyata keçirilmiş, suallar ixtisasları tam əhatə etmişdir.