OYU - loader

Odlar Yurdu Universiteti daha bir Beynəlxalq Simpoziuma tərəfdaşlıq edir

Odlar Yurdu Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 18-19 oktyabr 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu, Türk Dünyası Dövlətçilik İrsi Beynəlxalq Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi Türk dünyasının dövlətçilik irsində Azərbaycan Xalq Cümhuriyyətinin yerini müəyyən etmək və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yenidən xatırlamaqdır.

 

Simpoziumun şərtləri:

Simpozium Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Sentyabr ayının 5-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır.  Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir. 

 

Simpozium mövzuları:

  • Türk Dünyasında Cümhuriyyətlər
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
  • Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti
  • Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət və ədəbiyyat
  • Azərbaycan Parlamenti 
  • Azərbaycan Xalq Cümhuriyyətinin süqutü
  • Azərbaycanda soyqırım aktları
  • Qafqaz İslam Ordusunun Bakını azad etməsi
  • Qafqaz İslam Ordusunun Qafqazda digər fəaliyyətləri
  • Nuru Paşa
  • Azərbaycan mühacirəti tarixi
  • Azərbaycan Xalq Cümhuriyyəti - 100 il rəqəmlərdə: əhali, iqtisadiyyat və beynəlxalq əlaqələr

 

Simpoziumun yeri:

  • Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi / Ağsu

 

Simpzoium təqvimi:

  • Tezislərin son göndərilmə tarixi: 5 sentyabr 2018
  • Qəbul edilən tezislərin elanı: 15 sentyabr 2018
  • Rəsmi dəvətlərin göndərilməsi: 15 sentyabr 2018
  • Məruzələrin tam mətninin göndərilməsi: 30 sentyabr 2018
  • Simpozium proqramının elan olunması: 10 oktyabr 2018
  • Simpozium Günləri:
  • 1-ci gün: 18 oktyabr 2018 (Qeydiyyat: 09.00-11.00)
  • 2-ci gün: 19 oktyabr 2018 

 

Simpoziumun Fəxri Komitəsi:

  • Odlar Yurdu Universitetinin Rektoru - Prof.Dr. Əhməd Vəliyev
  • Kastamonu Universiteti - Prof. Dr. Seyit Aydın
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti - AMEA-nın müxbir üzvü Vəli Əliyev

 

Simpoziumun Elmi Komitəsi:

  • Prof.Dr. Cəfər QİYASİ
  • Prof.Dr. Tərlan ABDULLAYEV
  • Prof.Dr. Qafar CƏBİYEV
  • Prof.Dr. Kübra ƏLİYEVA
  • Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ
  • Prof.Dr. Şikar QASIMOV
  • Prof.Dr. Nərgiz ƏLİYEVA
  • Dr. Ceyhun OSMANLI
  • Dr. Kamran QƏDİMOV
  • Dr. Fariz XƏLİLLİ
  • Dr. Həbibə ƏLİYEVA
  • Dr. Rəşad İBRAHİMOV
  • Dr. Elmira ABASOVA
  • Dr. Günel SEYİDƏHMƏDLİ
  • Şəfa MÖVSÜMLÜ
  • Tərxan PAŞAZADƏ
  • Sənan NEMƏTOV

 

Gürcüstan

  • Elnur Əliyev

 

Türkiye

  • Prof.Dr. Recep KARADAĞ
  • Dr. Metin HAKVERDIOĞLU
  • Dr. Afina BARMANBAY

 

İtaliya

  • Prof.Dr. Luigi SCRINZI
  • Dr. Andrea MACCHIA

 

Makedoniya

  • Prof.Dr. Rubin ZEMON
  • Prof.Dr. Zoran Matevski

 

Simpozium Təşkilat Komitəsi:

  • Təşkilat Komitəsinin Sədri - Dr. Fariz Xəlilli 

 

Təşkilat Komitəsinin Üzvləri:

  • Sabit Abdullayev
  • Orxan Qəmbərov
  • Gülşən Hüseynova
  • Şölə Bayramova
  • Nərgiz Qarayeva
  • Aytən Namazova
  • Tofiqə Cəfərli
  • Aidə Məlikova
  • Ruslan Adgözəlov
  • Ayşən Zeynallı
  • Anar Həbibov

 

İştirak xərci:

  • Simpozium qeydiyyat xərci – 30 AZN
  • Nəqliyyat xərci daxil deyil.

 

URL: www.miras.az

E-mail: miraspresscenter@gmail.com

Ünvan: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi

 

Dr. Fariz XƏLİLLİ: 00994508764043

 

Tərəfdaşlar:

  • Kastamonu Universiteti
  • Beynəlxalq YOCOCU Assosiasiyası
  • Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi
  • Ağsu 1 nömrəli məktəb-liseyin Ağsutex klubu
  • Humanitar Fənlər Gimnaziyasının Arxeoməktəb klubu
  • Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu
  • Şəhid Toğrul Fərəczadənin ev muzeyi 

 Tərəfdaş olmaq istəyən qurumlar müraciət edə bilərlər.