OYU - loader

Universitetimizin doktorantları beynəlxalq elmi konfransda uğurla iştirak ediblər

Universitetimizin doktorantları AMEA-nın əsas binasında İqtisadiyyat İnstitunun 60 illik yubileyinə həsr olunmuş “İqtisadi artım və ictimai rifah” mövzusunda keçirilən beynəlxalq elmi konfransda uğurla iştirak ediblər.

Konfrans zamanı “İqtisadi artımın təmin edilməsi”, “İqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi” və “Sosial rifahın yaxşılaşdırılması” bölmələri üzrə müzakirələr aparılıb. Bölmə iclaslarında iqtisadiyyatın müxtəlif sahələri üzrə alim və mütəxəssislərin, doktorantların məruzələri dinlənilib. Konfransda Odlar Yurdu Universitetinin  doktorantları elmi məruzələrlə çıxış edib. Doktorant İlkin Qəhrəmanovun çıxışı xüsusi maraqla qarşılanmışdır.