OYU - loader

Odlar Yurdu Universiteti ilə Wollongong Universiteti arasında memorandum imzalanmışdır

Odlar Yurdu Universiteti ilə Dubayda yerləşən Wollongong Universiteti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır. Sənədi Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev və Wollongong Universitetinin rektoru professor Mohamed Salem imzalamışdır. Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur. Sonra Mohamed Salem Odlar Yurdu Universitetinin Fəxri qonaq diplomu ilə təltif olunmuşdur. Görüşün yekunu olaraq qonaqlar üçün Odlar Yurdu Universitetinə və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən və İngiltərə tədris sisteminə uyğun təhsil verən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olundu. Ekskursiya zamanı qonaqlar Odlar Yurdu Universitetinin Bakı şəhərinin mərkəzində müasir tələblərə cavab verən kampusu, ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetləri, akademik Zərifə Əliyeva adına tibb muzeyi, texnopark, konfrans zalı və toplantı mərkəzləri, komputer zalı, müasir kitabxanası, yeməkxanaları, idman zalları, tibb məntəqəsi, stadionu ilə tanış oldular.