OYU - loader

Peşəkar İnkişaf Klubunun (PİK) növbəti təlimi keçirilib

Odlar Yurdu Universitetinin Peşəkar İnkişaf Klubunun (PİK) növbəti qonağı tanınmış biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev olub.
“Karyera və Peşəkar İnkişaf” mövzusunda çıxış edən F.Ağayev tələbələrə öz şəxsi təcrübəsindən danışıb. O, qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən karyera yüksəlişini hədəf seçən tələbələr təhsil imkanlarından səmərəli faydalanmalı, öz üzərlərində hər zaman ciddi işləməli, xarici dil öyrənməli, daim mütaliə ilə məşğul olmalıdırlar. Gələcəkdə karyera qurmaq və uğur qazanmaq istəyən tələbələr ali təhsilini bitirdikdən sonra da bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaq üçün çalışmalıdırlar.
Təlim iştirakçıların böyük marağına səbəb olub. Sonda təlimçi tələbələri maraqlandıran sualları cavablandırıb.