OYU - loader

Odlar Yurdu Universitetində doktorant və dissertantlarla görüş keçirilmişdir

 

Odlar Yurdu Universitetində  yeni qəbul olmuş doktorant və dissertantlarla görüş keçirilmişdir. Universitetin rektoru prof. Əhməd Vəliyev ilk öncə bütün doktorant və dissertantları təbrik etdi və onlara bundan sonrakı elmi fəaliyyətlərində uğurlar arzuladı. Əhməd Vəliyev bildirdi ki, doktorantlara elmi-tədqiqat işlərinin icrası zamanı hər cür köməklik göstəriləcək, məqalələrinin xarici jurnallarda dərc edilməsi, həmçinin onların lazım gəldikdə beynəlxalq konfranslarda iştirakı universitet tərəfindən təmin olunacaqdır.

Daha sonra universitetin Doktorantura şöbəsinin müdiri professor Tərlan Abdullayev çıxış edərək elmlər doktorluğu proqramı üzrə təhsil alanların dissertasiya işlərinin mövcud vəziyyəti, doktorant və dissertantların bundan sonrakı təhsil müddətində elmi fəaliyyətləri, minimum imtahanları, gördükləri işlər barədə hər il verəcəkləri hesabat barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.

Sonda doktorant və dissertantları maraqlandıran suallar ətraflı cavablanlandırıldı.