OYU - loader

Odlar Yurdu Universitetində ÖDƏNİŞSİZ əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Dövlət İmtahan Mərkəzi və Odlar Yurdu Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Odlar Yurdu Universitetində ÖDƏNİŞSİZ əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
"Abituriyent Məsləhət Mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərin  düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə ixtisas seçimi zamanı abituriyentlər üçün ÖDƏNİŞSİZ kodlaşdırma aparacaqdır. Məsləhət Mərkəzində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ÖDƏNİŞSİZ köməklik göstərilir. Abituriyentlər onları maraqlandıran suallarla bağlı Odlar Yurdu Universitetinin “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.
“Abituriyent Məsləhət Mərkəzi” Odlar Yurdu Universitetində həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç.13
Tel.: (+99412) 465 82 00, (+99412) 465 85 27, (055) 860 80 64
E-poçt: info@oyu.edu.az
Sayt: www.oyu.edu.az
Rəsmi facebook səhifəsi: https://www.facebook.com/OdlarYurduUniv/