OYU - loader

OYU-da Elmi Şuranın yekun iclası keçirilib

Odlar Yurdu Universitetində Elmi Şuranın 2018-2019-cu tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr mövzusunda iclas keçirilmişdir. İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat vermişdir.

İclasda 2019-cu ildə universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, müəllimlərin diaqnostik qiymətləndirilməsi, təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqi, vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məruzələr dinlənildi. Bildirildi ki, hal-hazırda universitetin müəllimləri və tələbələr elmi tədqiqatların aparılmasında daha çox maraqlıd ır.

Sonra bildirib ki, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi, Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması bu gün qarşıya qoyduğumuz prioritet istiqamətlərdir.

Daha sonra Odlar Yurdu Universitetində 2018-2019-cu tədris ilində yay imtahan sessiyasının yekunları barədə Elmi Şura üzvlərinə geniş məlumat verildi, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatları diqqətə çatdırıldı. İclasda qeyd edildi ki, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, eyni zamanda tələbələrin şəxsi inkişafı və təşəbbüskarlıqlarının artırılması üçün il ərzində müxtəlif təlimlər keçirilmiş, tələbələr müxtəlif yarışma və müsabiqələrdə iştirak etmişlər.

O da vurğulanıb ki, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün üçün tanınmış ziyalılarla, şair və yazıçılarla mütəmadi olaraq görüşlər keçirilmiş, həmçinin il ərzində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri universitetdə qonaq olmuşlar.

Sonda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O, bildirdi ki, tədris ilinin yekunlarına dair yekun qiymətləndirməyə nəzər salsaq, ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbət qiymətləndirilməlidir. Lakin bununla belə növbəti tədris ilində biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da əzmlə çalışmalıyıq.