OYU - loader

"Özünü dəyiş, dünyan dəyişsin" adlı layihə həyata keçiriləcək

10 yanvar 2020-ci il tarixində saat 13:00-da universitetin konfrans zalında Azərbaycan Respublikası Gənclər Fondunun XII Qrant müsabiqəsində qalib gəlmiş "Özünü dəyiş, dünyan dəyişsin" adlı layihə çərçivəsində kitabsevərlərin təqdimatı keçiriləcək.
Tədbirdə iştirak etmək istəyən tələbələr ad və soyadlarını jalya.bayramova@bk.ru elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, layihə müəllifi universitetimizin 600 TS 2 qrup tələbəsi Jalə Bayramovadır.