OYU - loader

ODLAR YURDU UNİVERSİTETİ BAKALAVR İXTİSASLARI VƏ TƏHSİL HAQLARINI AÇIQLADI!!!

ODLAR YURDU UNİVERSİTETİNƏ 2018/2019-CU TƏDRİS İLİ ÜÇÜN TƏLƏBƏ QƏBULU APARILACAQ İXTİSASLAR

 Bakalavr pilləsində qəbul olduğu ixtisasdan asılı olmayaraq tələbələr öz istəklərinə görə azərbaycan, ingilis və rus bölmələrində təhsil ala bilərlər. Tələbələrin ingilis dili səviyyəsini nəzərə alaraq, əlavə intensiv ingilis dili hazırlığı təşkil olunur.

  • Yüksək bal toplayan tələbələr dövlət hesabına təhsil alacaqlar

 

BAKALAVR PİLLƏSİ

Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla

I qrup

  • KOMPÜTER ELMLƏRİ
  • KOMPÜTER MÜHƏNDİSLİYİ

II qrup

  • BEYNƏLXALQ MÜNASİBƏTLƏR
  • DÜNYA İQTİSADİYYATI
  • MÜHASİBAT UÇOTU VƏ AUDİT
  • MALİYYƏ
  • MENECMENT
  • MARKETİNQ
  • BİZNESİN İDARƏ EDİLMƏSİ
  • DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏETMƏSİ
  • TURİZM VƏ OTELÇİLİK

III qrup

  • XARİCİ DİL MÜƏLLİMLİYİ (İNGİLİS)
  • MƏKTƏBƏQƏDƏR TƏLİM VƏ TƏRBİYƏ
  • TƏHSİLDƏ SOSİAL-PSİXOLOJİ XİDMƏT
  • FİLOLOGİYA (AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI)
  • TƏRCÜMƏ (İNGİLİS DİLİ)

IV qrup

  • BİOLOGİYA (Mikrobiologiya istiqaməti üzrə)
  • PSİXOLOGİYA

V qrup

  • DİZAYN (MEMARLIQ, İNTERYER İSTİQAMƏT ÜZRƏ)

 

Odlar Yurdu Universitetində tələbənin ixtisasından asılı olmayaraq bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir.

Tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir.

Bundan əlavə 600 baldan çox toplayan bütün abituriyentlər təhsil haqqından tam azad edilir.

İkili diplom proqramına əsasən məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Məktəbinin diplomunu əldə edəcəklər.