OYU - loader

İkili diplom proqramının ilk məzunları

Odlar Yurdu Universitetinin məzunlarına İsveçrənin Swiss Montro Biznes Məktəbinin diplomları və yeni tələbələrə tələbə biletləri təqdim olundu.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev və İsveçrənin Swiss Montro Biznes Məktəbinin rektoru Fabio Fusi iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqaviləyə imza atmışdır.

Müqaviləyə əsasən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan məzunlar həm də İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

Montro Biznes Məktəbi İsveçrənin nüfuzlu universitetlərindən biridir. Universitetin uzun müddətli tədris təcrübəsi vardır və İsveçrənin dövlət ali akkreditasiyasıdndan müvəffəqiyyətlə keçmişdir. Ali təhsil sahəsindəki islahatlarını Avropa Birliyinin Boloniya sisteminə uyğun olaraq qurmuşdur.

Odlar Yurdu Universitetində mövcud ixtisaslar üzrə təhsil standartları İsveçrənin Swiss Montro Biznes Məktəbinin tədris proqramına uyğunlaşdırılmışdır.

Təhsil aldığı dövr ərzində Odlar Yurdu Universitetinin təhsildə fərqlənən tələbə və magistrları İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər.

İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində yaxından iştirak edir.