OYU - loader

OYU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

OYU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

13 oktyabr 2018-ci il tarixdə Odlar Yurdu Universitetində 2017-2018-ci tədris ilinin yekunları və 2018-2019-cu dərs ilində qarşıda duran vəzifələr mövzusunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir. İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat vermişdir.

İclasda 2018-ci ildə universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məruzələr dinlənildi. Bildirildi ki, hal-hazırda universitetin müəllimləri və tələbələr elmi tədqiqatların aparılmasında daha çox maraqlıd ırlar.

Daha sonra Odlar Yurdu Universitetində ayrı-ayrı kafedraların müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatları diqqətə çatdırıldı. İclasda qeyd edildi ki, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, eyni zamanda tələbələrin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün il ərzində müxtəlif təlimlər keçirilmiş, tələbələr müxtəlif yarışma və müsabiqələrdə iştirak etmişlər.

O da vurğulanıb ki, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün üçün tanınmış ziyalılarla, şair və yazıçılarla mütəmadi olaraq görüşlər keçirilmiş, həmçinin il ərzində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri universitetdə qonaq olmuşlar.

Sonda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O, bildirdi ki, tədris ilinin yekunlarına dair yekun qiymətləndirməyə nəzər salsaq, ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbət qiymətləndirilməlidir. Lakin bununla belə növbəti tədris ilində biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da əzmlə çalışmalıyıq.