OYU - loader

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib

05 dekabr 2019-cu il tarixdə Odlar Yurdu Universiteti, Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin akt zalında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “Məndə sığar iki cahan” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Universitetin filologiya və sosial fənlər kafedrasının müdiri, akademik Nizami Cəfərov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin prorektorları, müəllim heyəti və tələbələri, rayon ərazisində yeləşən orta ümumtəhsil məktəblərin müəllimləri və şagirdləri iştirak etmişlər.

Tədbirdə “Məndə sığar iki cahan” adlı kompozisiya və “Nəsimi” filminin əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Sonra Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Universitetin filologiya və sosial fənlər kafedrasının mudiri, akademik Nizami Cəfərov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd etdilər ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Sonda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamına əsasən Odlar Yurdu Universitetinin tələbələri arasında keçirilmiş bədii qiraət, inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırıldı.



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al