OYU - loader

Türkiyənin Azərbaycandakı səfiri Odlar Yurdu Universitetinin qonağı olub

Erkan Özoral: OYU-nun diplomlarının Türkiyə Cümhuriyyəti ərazisində taninmasında heç bir problem yoxdur”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Odlar Yurdu universitetinin qonağı olub. Görüşdə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib. Qonağı salamlayan universitetin rektoru professor Əhməd Vəliyev görüşün çox əhəmiyyətli olduğunu qeyd edib. Daha sonra universitetin beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. O, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, ikitərəfli münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğunu söyləyib. Qeyd olunub ki, qardaş ölkələrimiz eyni istiqamətdə, eyni dəyərlər uğrunda fəaliyyət göstərir və bu bundan sonra da davam edəcək. Rektor ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycanın hər zaman bu fəlsəfə ilə yaşadığını vurğulayıb.

Daha sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri doktor diplomu təqdim edilmiş və Azərbaycan xalçalarından bəhs edən kitab, universitetin atributlarını özündə əks etdirən suvenir və fincan hədiyyə edilmişdir. Səfir də öz növbəsində Türkiyənin və İstanbulun tarixindən, mədəniyyətindən, adət-ənənələrindən bəhs edən kitablar hədiyyə etmişdir.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən səfir Odlar Yurdu Universitetində olmaqdan və Fəxri Diploma layiq görülməkdən məmnun olduğunu söylədi. Erkan Özoral öz növbəsində fəaliyyət göstərdiyi səfirliyin gördüyü işlər barədə məlumat verdi. Bu çərçivədə Azərbaycandakı təhsil müəssisələri ilə olan əlaqələrin əhəmiyyətini vurğuladı.

Səfir Azərbaycan və Türkiyə arasında olan dostluq əlaqələrinin qədim tarixi köklərə söykəndiyini bildirdi və əlaqələrin bütün sahələrdə olduğu kimi təhsil sahəsinin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb. Problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.

Daha sonra E.Özoral Odlar Yurdu Universitetinin Mövlana proqramı çərçivəsində Türkiyənin Bingöl Universitetində dərs keçən və fərqlənən müəllimlərə Sertifikat təqdim edib.

Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırdı. Eyni zamanda tələbələrin Türkiyə universitetlərində Odlar Yurdu Universitetinin diplomunun tanınması ilə bağlı verdiyi sualı cavablandıran səfir bildirib ki, təhsilini Türkiyədə davam etdirmək istəyən Odlar Yurdu Universitetinin tələbələri üçün heç bir problem yoxdur. Universitetin bütün ixtisasları Türkiyənin Yükseköğretim Kurulu (YÖK) tərəfindən tanınır.



php shell indir
Instagram takipçi satın al ucuz
antalya duvar kağıdı
pubg mobile uc al