Haqqımızda

Odlar Yurdu Universiteti Azərbaycan Dövlət Ali Ekspert komissiyasının 10.11.1995-ci il tarixli müsbət rəyi əsasında və Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş yüksək səviyyəli təhsil imkanları və bacarıqlı müəllim heyəti ilə beynəlxalq səviyyədə fəaliyyət göstərən ali təhsil müəssisəsidir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyənin “Yüksek Öğretim Kurumu” (YÖK) və "Almaniyanın H+" qurumu tərəfindən akkreditasiya edilmiş Odlar Yurdu Universiteti YUNESKO nəzdində Dünya Universitetlər Assosiasiyasının (IAU) tam hüquqlu üzvüdür.

Odlar Yurdu Universitetimizdə bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində Avropa, Asiya və Afrikanın bir çox ölkələrindən gəlmiş tələbələr təhsil alırlar.

Odlar Yurdu Universiteti “Erasmus+” və “Mevlana” kimi beynəlxalq mübadilə proqramlarının üzvü olmaqla,  tələbə və akademik heyətə Avropa qabaqcıl universitetlərində qısa müddətli təhsil və tədris imkanı verməklə yanaşı, akademik mübadiləyə şərayıt yaradır.

Universitetimiz tələbələrinə İsveçrənin Montro Biznes Universiteti ilə İkili diplom proqramı həyata keçirir.

Müasir və milli memarlıq üslubu  ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən Odlar Yurdu Universiteti fakültələri, kafedraları, institutları, elmi mərkəzləri, laboratoriyaları, emalatxanaları, kompüter mərkəzləri, mədəniyyət mərkəzləri, 600 nəfərlik müasir akt zalı, 200 nəfərlik konfrans zalı, kitabxanası, sosial və idman obyektləri və təsişçisi olduğu Odlar Yurdu Kolleci (OYK), Bakı Britaniya məktəbi (British School in Baku) və Müasir İnnovasiyalar Liseyi (MİL) ilə birlikdə bütöv bir təhsil, elm və mədəniyət mərkəzidir.