Odlar Yurdu Universitetində Təbiət və Texnologiya Fakültəsi Birləşmiş Fakültələr Departamentinin tərkibində fəaliyyət göstərir. Fakültə, müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini artırmaq və idarəetmə mexanizmini təkmilləşdirmək məqsədini güdür.
Fakültə öz fəaliyyətini Birləşmiş Fakültələr Departamenti, universitetin tədris şöbəsi, həmçinin fakültəyə tabe olan üç kafedra – Biologiya və Ekologiya, İnformasiya Texnologiyaları və Mühəndislik, Dizayn kafedraları və digər struktur bölmələr ilə koordinasiyalı şəkildə həyata keçirir. Fakültə ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunlar, universitetin müvafiq nizamnaməsi, elmi şuranın qərarları, rektorun əmrləri və sərəncamlarına əsaslanaraq professor-müəllim heyəti və tələbələrlə əlaqəli şəkildə fəaliyyətini təşkil edir.
Tələbələrlə iş zamanı tədris planlarında nəzərdə tutulmuş praktik, seminar və digər dərslərin müasir təhsil sisteminin tələblərinə uyğun şəkildə, yüksək elmi-nəzəri səviyyədə həyata keçirilməsi təmin edilir. Kafedralarda tədris edilən fənlər üzrə proqramlar, dərsliklər və dərs vəsaitləri hazırlanır, kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planları təşkil edilir. Tələbələrə elmi-nəzəri və praktiki biliklərin verilməsi məqsədilə müasir metodikalar tətbiq edilir.
Fakültənin başlıca vəzifələri arasında kadr potensialını artırmaq, tələbələrlə iş prinsiplərini daha obyektiv və innovativ etmək mövcuddur. Kafedra müdirləri və təcrübəli müəllimlər müntəzəm olaraq dərslərdə iştirak edir, müəllimlərə lazımi məsləhətlər verir və elmi-metodik dəstək göstərirlər. Tədrisin yüksək səviyyədə aparılması və müasir dövrün tələblərinə uyğun mütəxəssislərin hazırlanması fakültənin fəaliyyətinin əsas prioritetidir.
Hazırda fakültənin fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi universitet rəhbərliyinin nəzarəti altında həyata keçirilir.