İngilis dilində tədrisin təşkili fakültəsi universitetdə müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini artırmaq və idarəetmə mexanizmlərini təkmilləşdirmək məqsədini güdür.
Fakültənin fəaliyyətində universitetin tədris şöbəsi ilə yanaşı, fakültəyə tabe olan xarici dillər kafedrası və digər struktur bölmələr mühüm rol oynayır. Fakültə fəaliyyətini ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunlar, universitetin müvafiq nizamnaməsi, elmi şuranın qərarları, rektorun əmrləri və sərəncamlarına əsaslanaraq təşkil edir.
Tələbələrlə iş zamanı bütün təhsil formaları üçün tədris planlarına uyğun olaraq praktik, seminar və digər dərslər müasir təhsil sisteminin tələblərinə cavab verən səviyyədə aparılır. Kafedralarda tədris edilən fənlər üzrə tədris proqramları, dərsliklər və dərs vəsaitləri hazırlanır, kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planları təşkil olunur. Tələbələrə elmi-nəzəri və praktiki biliklərin verilməsi üçün müxtəlif müasir metodikalar tətbiq edilir.
Fakültənin əsas vəzifələri sırasında kadr potensialının artırılması, tələbələrlə iş prinsiplərinin daha obyektiv və innovativ şəkildə qurulması mühüm yer tutur. Kafedra müdirləri və təcrübəli müəllimlər müntəzəm olaraq dərslərdə iştirak edir, müəllimlərə lazımi məsləhətlər verir və elmi-metodik dəstək göstərirlər. Tədrisin yüksək səviyyədə aparılması və müasir dövrün tələblərinə uyğun mütəxəssislərin hazırlanması fakültənin əsas prioritetidir.
Hazırda fakültənin fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi universitet rəhbərliyinin nəzarəti altında həyata keçirilir.