Beynəlxalq konfranslar

Beynəlxalq konfranslar

OYU, “Zadənin İrsi və Süni İntellekt” Assosiasiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Texas Universiteti (San Antonio, ABŞ), Alberta Universiteti (Kanada), Toronto Universiteti (Toronto, Ontario, Kanada), Kaliforniya Universiteti, Berkli (Berkli, ABŞ), Polşa Elmlər Akademiyası, Sistem Araşdırmaları İnstitutu (Polşa), Yaxın Şərq Universiteti (Şimali Kipr) ilə birlikdə “Qeyri-səlis sistemlər və Softcomputing nəzəriyyəsi və tətbiqləri” və “Softcomputing, Sözlər, Hesablamalar və Qavramalar nəzəriyyəsi və tətbiqləri,” adlı Beynəlxalq konfrans təşkil etməkdədir.
Bu konfranslar hər il təşkil olunur və qeyri-səlis məntiqinin yaradıcısı Professor Lütfi Zadəyə həsr olunur.
Almaniya, Fransa, İran, İtaliya, Avstriya, Macarıstan, Polşa, Çexiya, Türkiyə, Monteneqro, Özbəkistan və digər ölkələrdə keçirilən bu konfranslarda OYU-nun bir çox alimləri müxtəlif səviyyələrdə, həmsədr, təşkilat komitəsində və iştirakçılar qismində iştirak edirlər.

ICAFS 2022
Qeyri-səlis sistemlərin, yumşaq hesablamaların və süni intellekt alətlərinin tətbiqi üzrə 15-ci Beynəlxalq Konfrans
www.icafs2022.com

WCIS 2022
"Sənaye avtomatlaşdırılması üçün intellektual sistemlər-WCIS 2022" üzrə 12-ci Ümumdünya Konfransı
www.wcis2022.uz

Uluslararası Bakü Bilimsel Araştırmalar Kongresi
Beynəlxalq Bakı Elmi Tədqiqatlar Konqresi
www.scienceazerbaijan.org

ICEFSSS 2023
Torpaqşünasların Beynəlxalq Konqresi
www.icefsss-2023.com