Professor Mübariz Vəliyev

Vəliyev Mübariz Balaəli oğlu 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1974-cü ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Müxtəlif illərdə Azərbaycan SSR EA “Riyaziyyat və mexanika” institutunda, Bakı Dövlət Universitetində baş elmi işçi, dosent vəzifəsində çalışmışdır.
30-dan çox elmi məqalələrin müəllifidir.