Beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektor

 

Məmmədov Fəxrəddin Sadiq oğlu

Professor Fəxrəddin Məmmədov 1970-ci ildən Azəbaycan Dövlət Neft və Sənaye Universitetinin məlumat ölçü texnikası ixtisasından məzun olmuşdur.

1986-1987-ci illəri arasında Azəbaycan Dövlət Neft və Sənaye Universitetində dosent olaraq işləmiş və neft və qaz sənayesi üçün xalq təsərüfatı üçün önəmli lahiyələrdə rəhbərlik etmişdir.

1987-1988-ci illərdə də Ukraynanın Kiyev Dövlət Universiteti və daha sonra Fransanın Paul Valery Universitetində (Montpellier) intensiv Fransız dili kursunu bitirmişdir.

1988-1994-cü illəri arasında Əlcəzair universitetlərində dərs tədris etmiş və Signal və Sistemlər Elmi-tədqiqat Laboratoriyasını qurmuş və rəhbərlik etmişdir.

1990-1993-cü illərdə Qərbi Əlcəzairdə işləyən Sovet Mütəxəssisləri Birliyinin sədri vəzifəsinə gətirilmişdir.

Fəxrəddin Məmmədov 1995-ci ildən bəri Şimali Kipr Türk Respublikasının ən böyük və bir çox ixtisaslar üzrə Times Higher Education Universitetlər reytinqində dünya universitetləri arasında 200-250-ci sıralarda yer alan Yaxın Doğu Universitinde (YDU) işləmiş və 25 ildən çox həyatını bu universitete bağlamışdır.

1997-2000-ci illər arasında YDU-də Elektrik ve Elektronik Mühəndisliyi kafedrasının müdürü olmuşdur.

2000-ci il Yanvar ayindan Fəxrəddin Məmmədov Yaxın Doğu Universitetinin prorektor vəzifəsinə təyin edilmişdir və bu vəzifəni 2020-ci ilə qədər icra etmişdir.

Fəxrəddin Məmmədov prorektor vəzifəsində akademik işlər, beynəlxalq əlaqələr və keyfiyyətin təminatı sahələrinə rəhbərlik etmişdir. Eyni zamanda 2000-2014-cü illərdə Mühəndislik Fakültəsinin dekanı, 2003-2015-ci illər arasında YDU də akademik yüksəliş ve akademik təyinat komisiyasının sədri, 2003-2015-ci iillərdə, fənn və sosial elmlər institutunun müdiri olmuşdur.

Beynəlxaq səviyyədə 100-dən çox məqaləsi çap olunmuş ve 5 patenti vardır. Signalların rəqəmsal işlənməsi, rəqəmsal rabitə sistemləri, qeyrı-səlis məntiq və süni-intelekt sahələrində 50-dən çox məqaləsı “Scopus” və “Web of Science” data bazaları ilə indekslənmişdir. ICAFS, ICSCCW və ICTPE kimi Beynəlxalq konfransların sədr müavini və proqram komitəsinin üzvüdür. Bir çox Elmi sitatı index (SCI) jurnallarinin redaktoru və rəyçisidir.

Bir çox akademik mükafat sahibidir və bir çox beynəlxalq elmi təşkilatların da üzvüdür.

Türk dilli ölkələrdən Kiprə təhsil üçün gələn gənclərə köməyinə görə Türksoy və Gagauziya respubikasının qızıl medalları ilə təltif edilmişdir. Kiprlə Azərbaycan arasında elm, təhsil, mədəniyət və biznes sahələrində əlaqələrin qurulması və inkişafında və Kiprdə Azərbaycan Diasporasının (2002-2017) formalaşmasında böyük xidmətləri olmuş və diaspora təşkilatına sədrlik etmişdir.

İngilis, fransız, türk və rus dillərini yüksək səviyyədə bilir.

Evlidir, 3 övladı var.