Professor Elşad Məmmədov Yaqub oğlu

Elşad Məmmədov Yaqub oğlu 16 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1992: Bakı şəhəri 42 saylı məktəbi qızıl medalla bitirmişdir.

1997: Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1999-2004: Azərbaycan Dövlət İqtisad Universitetində böyük laborant olaraq fəaliyyətə başlamış, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə isə dosent vəzifələrində çalışmışdır. Eyni dövrdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində fəaliyyət göstərmişdir.

2003: Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) eksperti olmuş, eyni zamanda elektron ticarətin (e-commerce) tətbiqinə dair işçi qrupun rəhbəri vəzifəsini icra etmişdir.

2004: Azərbaycan Dövlət İqtisad Universitetində Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 2007: Dosent attestatı verilmişdir.

2014: Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini müdafiə etmişdir. 2015: Elşad Məmmədov “Professor” elmi adı almışdır.

2015-2018: İqtisad Universitetinin “Ticarət və gömrük işinin təşkili” kafedrasının professoru olmuşdur. Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur.

2017: Qərb Universitetində elmi işlər üzrə prorektor, professor və “Elmi Xəbərlər” jurnalının baş redaktoru olmuşdur. 2018: Rus İqtisad Məktəbinin direktor müavini vəzifəsinə təyin olunmuşdur.

2019: Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin Qərarı ilə “Professor” elmi adı verilmişdir.

2020: Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2021: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının üzvü və 2021-ci ilin martında İctimai Şuranın sədri seçilmişdir.

2020: Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri və 2022-ci ildən İqtisadiyyat, “Menecment və biznes” institutunun direktoru vəzifələrində fəaliyyət göstərmişdir.

9 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin müəllifidir. 300-ə yaxın elmi nəşri, o cümlədən, beynəlxalq sitat bazalarına daxil olan nəşrləri vardır. Kütləvi İnformasiya Vasitələrində (KİV) minlərlə çıxışın müəllifidir. Eyni zamanda bir sıra yerli və xarici KİV-lərin iqtisadi təhlilçisi və icmalçısıdır.

Ailəlidir, iki övladı vardır.