.jpg)
Soltan Atayev Həmid oğlu 5 noyabr 1954-cü ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur.
1961-1971: Zakatala şəhəri 2 №-li internat məktəbində təhsil almışdır. 1971-1974: Bakı şəhəri 4 №-li rəssamlıq məktəbində oxumuşdur.
1974-1977: Hərbi xidmətdə olmuşdur.
1977-1982: Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri sənət və rəsmxət” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir və həmin ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri sənət və onların tədrisi metodikası” kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır.
1984-1989: “Təsviri sənət və onların tədrisi metodikası” kafedrasında müəllim-baş müəllim vəzifələrində işləmişdir.
1994: “İbtidai sinif şagirdlərinin estetik tərbiyəsində Azərbaycan dekorativ tədbiqi sənət materiallarından istifadə” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Eyni ildən 1999-cu ilə qədər müsabiqə yolu ilə “Təsviri sənət və onların tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1999-2014: Universitetdə aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq “Təsviri sənət, rəsmxət və onların tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2001: “İbtidai siniflərdə təsviri sənətin tədrisi metodikası” adlı dərs vəsaiti “Təhsil” cəmiyyətinin təsis etdiyi ən yaxşı dərs vəsaitinə görə ilin qalibi olmuş və diplom və pul mükafatı almışdır.
2005: Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur və təsviri sənətin rəngkarlıq və dekorativ tədbiqi sənət sahələrində mütəmadi olaraq çalışmışdır.
2006: Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
2008: Dosent elmi adını almışdır.
2012: Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Əməkdar Rəssam” fəxri adına layiq görülmüşdür.
2014: Ailə vəziyyəti ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən çıxmış, müəyyən yaradıcılıq işi ilə məşğul olmuşdur.
2017: Odlar Yurdu Universitetində “Dizayn” ixtisası açılmış və həmin ildən pedaqoji fəaliyyətini davam etdirmişdir.
2018: Odlar Yurdu Universitetində müasir tələblərə cavab verən “Dizayn” kafedrasını yaratmış və hazırda həmin kafedraya rəhbərlik edir.
İşlədiyi müddət ərzində Respublika və Universitetdə keçirilən dövlət tədbirlərində, konfranslarda və tədbirlərin tərtibatı məsələlərində fəal iştirak etmişdir.
Hal-hazırda 3 dərs vəsaiti dərsliyi, 5 metodiki göstərişi, 21 proqram məqaləsi və digər elmi işləri vardır.
Ailəlidir, üç övladı vardır.