Dillər kafedrasının müdiri
Abdurəhmanova Səadət Xalid qızı 5 fevral 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur.
1979-1989-cu illərdə Xaçmaz rayonunun 1 saylı orta məktəbində təhsil almışdır.
1989-1994-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun “İngilis və alman dili müəllimi” ixtisası üzrə ali təhsil almışdır.
1995-ci ildən Azərbaycan Dillər Universitetində laborant vəzifəsində işləməyə başlamışdır. 1996-2010-cu illərdə həmin institutda “Dil tarixi” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
2006-cı ildə “Modernist nəsrin tipologiyası” (ingilis dilli modernist ədəbiyyat və Yeni Azərbaycan nəsri əsasında) adlı dissertasiya işini müdafiə etmişdir.
2007-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2012-ci ildə Odlar Yurdu Universitetində müəllim vəzifəsinə başlamışdır. 2014-2016-cı illərdə “Humanitar və Dillər” fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2016-cı ildən 2024-cü ilə qədər “Dillər” kafedrasının müdir müavini vəzifəsində fəaliyyət göstərmişdir.
2024-cü ildən etibarən isə “Dillər” kafedrasının müdiri vəzifəsində işləyir.
2022-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent adına layiq görülmüşdür.
1 dərs vəsaiti, 2 metodik vəsait, 10 proqram, 1 monoqrafiya, 45-dən çox məqalə və tezisin müəllifidir.
Bir övladı vardır.