Professor Eldar Hüseynov

Professor Eldar Hüseynov

Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri

Hüseynov Eldar Hüseyn oğlu 26 yanvar 1954-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Yuxarı Göyçəli kəndində anadan olmuşdur.
1971-ci ildə orta məktəbi bitirib.
Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakultəsinə qəbul olmuş, 1976-ci ildə oranı bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat almışdır. 1978-ci ildə Kibernetika İnstitutunda məqsədli aspiranturaya qəbul edilmiş və Moskva şəhərinə ezam olunmuşdur.1979-1984-ci illərdə orada elmi araşdırmaçı və məqsədli aspirant kimi oxumuşdur.
1986-ci ildə “08.00.13” şifri ilə namizədlik dissertasiyasını müdafiə etmiş və Kibernetika İnstitutunun “AİS” bölməsində əvvəl baş proqramçı, sector müdiri və sonra laboratoriya müdiri vəzifəsində işləmişdir.
1989-cu ildən M.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında “İnformatika və hesablama texnikası” kafedrasında müəllim, baş müəllim vəzifəsində işləmişdir.
2001-ci ildən UNEC-in “İnformatika” kafedrasının dosenti olmuşdur.
2018-ci ildən indiyədək OYU-nun “Riyaziyyat, informatika və statistika” kafedrasının əvvəl dosenti, indi isə professorudur.
Prof. E.H.Hüseynov elmin və təhsilin müxtəlif sahələrinə aid olan 50-dən yuxarı elmi-məqalə, dərs vəsaiti və proqramlarının müəllifidir. Çoxsaylı Beynəlxalq və Respublika konfranslarının, seminar və simpoziumlarının iştirakçısıdır.
Prof. E.H.Hüseynov OYU-da Keyfiyyətin Təminatı və Qiymətləndirmə Depatamentininnin rəhbəridir.