Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor
Qafarov Qabil Alxan oğlu 1979-cu il dekabr ayının 20-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qarabulaq kəndində ziyalı ailəsində anadan olmuşdur.
1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat” fakultəsinə daxil olmuş və 2002-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildə elə həmin ixtisas üzrə magistratura pilləsinə daxil olmuş və 2004 - cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2004-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasının əyani aspirantı olmuş və “Neft tərkibli çirkli suların elektrokimyəvi üsullarla təmizlənməsi” mövzusunda texnika elmləri üzrə fəlsəfə doktoru elmi adı almaq üçün tədqiqat işi aparmışdır.
Tanınmış yerli və xarici jurnallarda 12 məqaləsi çap olunub.
Ümumilikdə isə təhsil aldığı müddətdə 35-dən çox məqaləsi çap olunub.
Elmi işi üzrə əldə olunan nəticələrin tətbiq edilməsinə dair iki dövlət qurumundan (Meliorasiya və Su Təsərrüfatı ASC –nin “Azdövsutəslayihə” İnstitutundan və “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutundan) müsbət rəy alıb.
2012-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2006-cı ildə “Azərsutikinti” ASC - də sədr köməkçisi olaraq başlayıb.
2007/2012-ci illərdə ASC-nin Smeta, Layihə, İstehsalat və Sənaye şöbəsinin müdiri, 2012/2013-cü illərdə isə müəssisənin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
2013-2015-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində YAP mərkəzi Aparatının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyi təqdimat əsasında ölkə Prezidenti cənab İlham Əliyevin seçki qərargahının üzvü seçilib.
2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən Odlar Yurdu Universitetində "Tədrisin təşkili və yeni təlim texnologiyaları" üzrə prorektor vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.