Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor

Qafarov Qabil Alxan oğlu

  • 20 dekabr 1979-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qarabulaq kəndində ziyalı ailəsində anadan olub.
  • Orta təhsilinə 1986-cı ildə başlamış və məlum Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin məntiqi nəticəsi olaraq ailəsiylə birlikdə Şamaxı rayon Meysəri kəndinə köçmüş və orta təhsilini orada başa çatdırmışdır.
  • 1998-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat” fakültəsinə daxil olmuş və 2002-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2002-ci ildə elə həmin ixtisas üzrə magistratura pilləsinə daxil olmuş və 2004-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2018-ci ilin sentyabr ayından Odlar Yurdu Universitetində Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışır.
  • Ailəlidir, 2 övladı var.