Elm və İnnovasiyalar üzrə prorektor

Abdullayev Tərlan Səməd oğlu

  • 2 fevral 1945-ci ildə Şamaxı şəhərində anadan olub.
  • 1963-cü ildə Bakı şəhəri 31 saylı məktəbi bitirib.
  • 1963-cü ildə Azərbaycan Neft Kimya İnstitutunun (hazırki ADNSU) “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinə daxil olmuş və 1968-ci ildə Elektrik mühəndisliyini bitirib.
  • 1968-1977-ci illərdə Yeni Bakı Neftqayırma zavodunda hesablama mərkəzində mühəndis və rəis müavini vəzifələrində işləyib.
  • 1977-1996-cı illərdə Azərbaycan Kimya Universitetində (hazırki ADNSU) baş mühəndis, assisent, dosent və professor vəzifəsində işləyib.
  • 1986-cı ildə Ali Atesstasiya Komissiyasının qərarı ilə Dosent elmi adı verilmişdir.
  • 1993-cü ildə Ali Atesstasiya Komissiyasının qərarı ilə Professor elmi adı verilmişdir.
  • 1992-1996-cı illərdə Beynəlxalq Texnologiya və İdarəetmə Universitenin rektoru vəzifəsində işləyib.
  • 1996-2002-ci illərdə Odlar Yurdu Universitetinin “Pedaqogika və İnformatika“ fakültəsinin dekanı, 2002-2013-cü illərdə magistratura şöbəsinin müdiri vəzifəsində işləyib, 2004-cü ildən hazırki vaxta kimi universitetin elmi işlərinə rəhbərlik edir.
  • "Lütfi Zadə irsi və Süni İntellekt" assosiasiyasının yarandığı gündən fəal üzvüdür.
  • ADNSU-da fəaliyyət göstərən “Sistemli analiz, idarəetmə və informasiyanın işləməsi" ixtisası üzrə müdafiə şurasının üzvü və həmin ixtisas üzrə seminarın sədri kimi fəaliyyət göstərir.
  • 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.